Dünya

Milyarder və xanımı itkin düşüb - Geyinib-soyunma otağında qan ləkələri var - FOTO

24 Sentyabr 2018 13:53
1 Şərh     Baxış: 3 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış milyarder və xanımı itkin düşüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, britaniyalı milyarder və taylandlı xanımı 5 gündür ki, axtarışdadır.

64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nottdan 5 gündür ki xəbər yoxdur.

Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılıb. Lakin onlardan hər hansı bir iz yoxdur.

Qan ləkələri onların villasının həyətindəki hovuzda və geyinib-soyunma otağındadır. Polisin dediyinə görə, ləkələri kimsə silməyə çalışıb.

Həmçinin cütlüyün pikap tipli "Ford Ranger" avtomobili də yoxa çıxıb.

Hadisə ilə bağlı qadının qardaşı saxlanılıb. Belə ki, o, evə girib avtomobili oğurlayarkən təhlükəsizlik kamerasına düşüb.

O, külli miqdarda pul ödəməklə sərbəst buraxılıb. Oğlan bildirib ki, cinayətdən xəbərsizdir, o, sadəcə avtomobili oğurlayıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.