Dünya

Ermənistana qaz nəqli dayandırılıb

24 Sentyabr 2018 13:16
0 Şərh     Baxış: 1 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Qazprom Armeniya" şirkətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti "Qazprom Armeniya"nı məsələ ilə bağlı məlumatlandırıb. 

Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.