Dünya

Türkiyə Paraqvayda öz səfirliyini açacaq

23 Sentyabr 2018 23:39
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Paraqvayda öz səfirliyini açacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir: "Türkiyə Asunsyonedə öz səfirliyinin açılması üçün zəruri hüquqi prosedurları başa çatdırıb və Armaqan İnci Ersoy bizim ilk səfirimiz seçilib. Paraqvay da, gözlənildiyi kimi, lazımi prosedurları tezliklə başa çatdıracaq".

Qeyd edilir ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assamleyasının 73-cü sessiyası çərçivəsində paraqvaylı həmkarı Luis Alberto Kastiloni ilə görüşüb: "Görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin olduğu təsdiqlənib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.