Dünya

Tunisdə daşqınlar bir neçə nəfərin həyatına son qoyub

23 Sentyabr 2018 23:30
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunisdə daşqınlar bir neçə nəfərin həyatına son qoyub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "Mosaique.fm" radiostansiyası xəbər verib.

Xəbərdə bildirilir ki, leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölkənin şimal-şərqindəki Nabel vilayətində 5 nəfər ölüb. Bunlar 20 və 25 yaşlı qızlar, həmçinin 30, 50 və 68 yaşlı kişilərdir.

Təbii hadisə həmçinin avtomobil və piyada körpülərinə ciddi zərər vurub. Körpülərdən bəziləri hətta dağılıb. Bir neçə kəndlə avtomobil yolu ilə gediş-gəliş çətinləşib. 

Ölkədə onlarla nəqliyyat vasitəsi və binaların 1-ci mərtəbəsində yerləşən mağazalar suyun altında qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.