Dünya

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

23 Sentyabr 2018 21:10
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tarık Şah Bəhrami parlamentdəki çıxışında bildirib.

O, qeyd edib ki, son 1 ayda terrorçularla döyüşlərdə təhlükəsizlik qüvvələrinin 700-dən çox əməkdaşı yaralanıb. Bu müddət ərzində təhlükəsizlik qüvvələrinin 43 əməkdaşı terrorçular tərəfindən əsir götürülüb.

Nazir bununla belə qeyd edib ki, ötən ay terrorçuların da itkiləri 3 dəfə artıb. Tarık Şah Bəhraminin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları üçün qanlı aylar geridə qalıb. 

Nazirlik yeni təhlükələrin qarşısının alınması üçün bəzi planlar üzərində çalışır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.