Dünya

Rusiyadan İl-20 açıqlaması: İsrail məsuliyyət daşıyır

23 Sentyabr 2018 13:57
1 Şərh     Baxış: 2 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi hesab edir ki, Suriyada vurulan İl-20 kəşfiyyat təyyarəsi ilə bağlı bütün məsuliyyət İsrail Hərbi Hava Qüvvələrinə məxsusdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"İsrail pilotlarının 15 rus hərbi qulluqçusunun ölümünə səbəb olan fəaliyyətləri onların qeyri-peşəkarlığı və ya səhlənkarlığından xəbər verib" , - MN sözçüsü bildirib.

Generalın sözlərinə görə, İsrail F-16 qırıcıları bilərəkdən Suriya zenit raketlərindən gizlənmək üçün İl-20 təyyarəsindən istifadə ediblər.

"Xüsusilə qeyd etmək istəyirəm ki, İl-20 təyyarəsini müşahidə edən İsrail qırıcıları onun vasitəsilə zenit raketlərindən gizlənərək həmin rayonda manevrlərinə davam ediblər. İl-20 təyyarəsinin effektiv əks olunan səthinin İsrail qırıcılarının analoji səthindən əhəmiyyətli dərəcədə böyük olduğunu və buna görə zenit raket qurğuları üçün hədəf olacağını İsrail pilotlarının bilməməsi mümkün deyil. Danışıqlar zamanı İsrail Hərbi Hava Qüvvələrinin təmsilçisi əməliyyat çərçivəsində Suriyanın şimalına zərbə endiriləcəyini bildirmişdi. Xəritədə gördüyünüz kimi İsrail qırıcıları Suriyanın şimalına deyil, məhz qərb bölgəsi sayılan Latakiyaya zərbə endiriblər", - Konaşenkov əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.