Dünya

Ukraynada Poroşenko dövrü başa çatır: Cəmi 5 faiz

23 Sentyabr 2018 13:09
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna vətəndaşlarının yalnız 5 faizi hazırki dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməsini dəstəkləyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "NyusVan" telekanalının keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğuda ümumilikdə 35 min nəfər iştirak edib. Bunlardan 95 faizi Poroşenkonun yenidən seçilməsinə müsbət yanaşmadığı halda, cəmi 5 faiz hazırki prezidenti növbəti müddətə də öz postunda görmək istədiyini bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ilin martında keçiriləcək. Sosioloqların sözlərinə görə, hazırda sorğular nəticəsində prezident postuna ən real namizəd kimi Yuliya Timoşenkonun adı hallanır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.