Dünya

Ruhanidən sərt açıqlama: ABŞ peşman olacaq

23 Sentyabr 2018 11:17
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

"ABŞ Körfəz ölkələrini bu cinayətləri törətmək üçün resursla təmin edir. İran bu cinayətlərə hüquqi və beynəlxalq mənfəətləri çərçivəsində cavab verəcək. ABŞ gücə sahib olanın dünyada cəzasız qalacağına inanaraq hərəkət edir. Onlar İranda etimadsızlıq mühiti yaratmaq istəsələr də buna nail ola bilmədilər. İran sanksiyaların öhdəsindən gələcək. ABŞ təcavüzkarlığına görə peşman olacaq", - Ruhani bildirib.

Qeyd edək ki, İranın Əhvaz şəhərində hərbi parad zamanı təşkil olunan hücum nəticəsində ölənlərin sayı 25, yaralıların sayı isə 60-dan çox olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.