Dünya

Türkiyə İrandakı terror aktını pisləyib

23 Sentyabr 2018 08:06
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə XİN İranın Əhvaz şəhərində baş verən terror aktını pisləyib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, Türkiyə hadisə nəticəsində ölənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə sağalmağı diləyir.

Xatırladaq ki, dünən İranın Əhvaz şəhərində naməlum şəxslər hərbi parad iştirakçılarına atəş açıblar. Son məlumatlara əsasən, terror aktı nəticəsində 28 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Ölənlər araında dinc sakinlər də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.