Dünya

İspaniya dünyanın kosmetika vasitələri ixracatçılarının ilk onluğuna daxildir

23 Sentyabr 2018 04:00
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ətriyyat və Kosmetika Milli Assosiasiyasının (Stanpa) hesabatına görə, İspaniya dünyanın kosmetika vasitələri ixracatçılarının ilk onluğuna daxildir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ildə İspaniya şirkətləri xarici ölkələrə 3,9 milyard avro dəyərində kosmetika məhsulları göndəriblər. Bu, ondan əvvəlki illə müqayisədə 10,5 faiz artım deməkdir. İspanlar özləri də zahiri görünüşlərinə yüksək diqqətlə yanaşırlar: onlar ötən il təkcə üz dərisinə qulluq vasitələrinə 1,089 milyard avro xərcləyiblər.

Dəri kosmetikasının liderlərindən biri sayılan Valensiyanın "Sesderma" şirkəti gələn il yeni bazarlara - Fransa, Avstraliya, Sinqapur, Vyetnam və Cənubi Koreya bazarlarına çıxmaqla, dünyanın artıq 85 ölkəsində öz əhatə dairəsini genişləndirəcək. Hazırda mallar əsasən Çinə tədarük edilir ki, bu da bütün ixracın 12 faizi deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.