Dünya

ABŞ bu ölkədə pambıq sanksiyasını aradan qaldırdı

22 Sentyabr 2018 16:09
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Əmək Nazirliyi Özbəkistanda toplanan pambığa tətbiq etdiyi sanksiyanı aradan qaldırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Özbəkistandakı səfirliyi ölkəsinin Əmək Nazirliyinin hesabatına əsasən yayıb.

"Pambıq yığımında uşaq əməyindən məcburi istifadə edilməsi əhəmiyyətli dərəcədə azalaraq, ilk dəfə irəliləyişə nail olunub", - hesabatda bildirilib.

Qeyd edək ki, Özbəkistanda hər il 3 milyon ton pambıq yığılır. Ölkə pambıq ixracatı üzrə dünyada 3-cü, istehsalı üzrə isə 6-cı yerdədir.

ABŞ-ın Əmək Nazirliyi dünyanın uşaq əməyindən istifadə olunan 76 ölkəsində 148 adda məhsulun adını dərc edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.