Dünya

Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi - FOTO

22 Sentyabr 2018 18:39
7 Şərh     Baxış: 6 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerdə can verən sevgilisinin videosunu çəkərək sosial şəbəkədə yayan qız həbs edilib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Fatma xan adlı qız və dostu 14 il müddətinə azadlıqdan məhrum edilib.

Buna səbəb isə onun 2 ildir görüşdüyü əfqan sevgilisi Xalid Şəfini öldürmək üçün dostu ilə plan qurmasıdır.

Belə ki, Londonda yaşayan Xalid Şəfi "Costa coffee" kafesinin qarşısında sinəsindən bıçaqlanıb. Bu zaman Fatma Xan həmin anın videosunu çəkərək Snapçatda yayıb və "mənimlə məzələnəndə axırın belə olmalı idı", - yazıb.

Fatma məhkəmədə bildirib ki, Snapçat aludəçisinə çevrilib və proqramdan əl çəkə bilmir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.