Dünya

Müdir fəhlənin arxasına kompressor püskürtdü, işçinin orqanları partladı, öldü - VİDEO - FOTO

22 Sentyabr 2018 10:44
2 Şərh     Baxış: 21 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fabrikdə işçi ilə zarafatlaşan müdir onun ölümünə səbəb olub.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, fəhlə ilə zarafatlaşmaq istəyən müdir bilmədən onu ağır yaralayıb.

Belə ki, müdir əvvəlcə kompressoru işçinin qulağına, saçına, sonra da arxasına püskürdüb. İşçi həmin anda yerə yıxılıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər bildirib ki, fəhlənin daxili orqanları zədələnib. Bu səbəbdən də, o, 15 gün sonra xəstəxanada dünyasını dəyişib.

Aditya Jadhav adlı fəhlənin ölümünə səbəb olan müdir hadisə yerindən qaçıb. O, 20 günə yaxındır ki, axtarışdadır.

Aditya Jadhav sentyabrın 18-də ölüb. Hadisə sentyabrın 3-də Hindistanın Maxaraştra ştatında baş verib.

Videonu izləmək üçün şəklə klikləyin:

Prank ölümlə nəticələndi

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.