Dünya

Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı - Dərmanı olmayan virus

21 Sentyabr 2018 13:19
1 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnam Prezidenti Çan Day Kuanq dərmanı mövcud olmayan virus xəstəliyindən vəfat edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prezident həmin xəstəliyə 2017-ci ilin iyulunda yoluxub.

Bu müddət ərzində o, həm Vyetnamda müalicə olunub, həm də 6 dəfə Yaponiyaya gedib.

Amma yerli və xarici həkimlərin səylərinə baxmayaraq, virusun qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, Vyetnam prezidenti Çan Day Kuanq bu gün səhər saatlarında dünyasını dəyişib.

61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.

O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.