Dünya

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

21 Sentyabr 2018 13:57
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə əlavə hərbi texnika göndərir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hərbi texnika səhər saatlarından Kilis vilayətinə cəmlənməyə başlayıb.

Hazırda Suriya ilə sərhəddə tanklar və zirehli nəqliyyat vasitələrinin olduğu deyilir.

Xatırladaq ki, sentyabrın 4-dən Türkiyə Suriyanın İdlib bölgəsi ilə həmsərhəd olan Hataya hərbi texnika yığmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.