Dünya

Yunanıstanda "Qərbi Nil" qızdırması yayıldı: 27 nəfər öldü

21 Sentyabr 2018 11:36
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda yayılmış "Qərbi Nil" qızdırması nəticəsində artıq 27 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və profilaktikası Milli Mərkəzindən bildiriblər.

Məlumata görə, 183 xəstədə virus nəticəsində mərkəzi əsəb sisteminin pozulması halı müşahidə edilib. Avqustun 23-ə olan məlumata görə, 103 yoluxma halı olub ki, bunun da 11-i ölümlə nəticələnib.

Qeyd edək ki, ilk dəfə bu virus Yunanıstanda 2010-cu ildə tapılıb. 2010-2014-cü illərdə "Qərbi Nil" qızdırmasından Yunanıstanda 80 nəfər ölüb.

Qızdırma ağcaqanadlarla yayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.