Dünya

Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar ŞOK ETDİ - FOTO

21 Sentyabr 2018 10:03
0 Şərh     Baxış: 7 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Qars şəhərinin Kağızman qəsəbəsində yerləşən Paslı kəndində yaşayan 9 yaşlı Sedanur Gözəlin 6 gün öncə yoxa çıxması ilə əlaqədar başladılan araşdırma zamanı saxlanılan Ertan B. barəsində detallar ortaya çıxmağa başlayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, həbsxanadan qaçdığı üzə çıxan Ertan B. böyük qardaşı Ercan B.-nın adına hazırlanmış saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

6 müxtəlif cinayət törədən Ertan B. şəhərdən qaçmaq istəyərkən hava limanında saxlanılıb. İfadəsində axtarılan azyaşlı Sedanur və yanındakı uşaqlarla danışdığını etiraf edən Ertan B. "Çox qısa danışdıq, aramızda divar var idi, sonra oradan uzaqlaşdım" deyib.

Ertan B-nin kənddən gedərkən onu görənlərə "Müge Anlının verilişinə qatılmağa gedirəm" dediyi ortaya çıxıb. Aparılan araşdırmalar zamanı Ertan B-nin telefonunda porno məzmunlu çoxlu video və fotolar da tapılıb.

Qeyd edək ki, istintaq davam edir. Azyaşlı Sedanurun axtarışları da hələlik nəticə verməyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.