Dünya

Abe yenidən partiya sədri seçilib

21 Sentyabr 2018 08:33
0 Şərh     Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Baş naziri Sindzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, partiyanın sədrliyi üçün keçirilən səsvermədə Abe 807 səsin 70%-ni (553 səs) qazanaraq, rəqibi Şigeru Işibanı geridə qoyub.

Abe partiya sədri seçildikdən sonra çıxış edərək: "İndi konstitusiya dəyişikliyi məsələsini müzakirə etmənin zamanıdır. Mübarizə indi başlayır. Gəlin yeni bir Yaponiya üçün birlikdə işləyək" ifadələrini işlətdi.

Yaponiyada 2012-ci ildən bu yana LDP-nin lideri olan və Baş nazir vəzifəsini icra edən 63 yaşlı Abe 2021-ci ilədək vəzifəsində qaldığı təqdirdə ən uzun müddət Baş nazir olan Taro Katsuranın 2886 günlük rekordunu geridə qoyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.