Dünya

Tramp Paşinyanla görüşməyəcək

20 Sentyabr 2018 19:50
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilmir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.

"Paşinyan-Tramp görüşünün təşkili üçün müəyyən vaxt lazımdır. Biz ABŞ rəhbərliyi ilə bunun üzərində işlər aparırıq", - Mnatsakanyan deyib.

Bundan öncə Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə sentyabrın 23-də ABŞ-a səfər edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.