Dünya

Bel yırtığının müalicəsi üçün getdi, şikəst qaldı - VİDEO

20 Sentyabr 2018 18:30
2 Şərh     Baxış: 2 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda bel yırtığından əziyyət çəkən Tamel Aykut qonşularının tövsiyəsi ilə türkəçarəyə baş vurub.

Bizimyol.info Unikal.org-a istinadən xəbər verir ki, o bunun üçün özünü "şəfa verən" adlandıran şəxsin yanına gedib. Həmin şəxs müalicəyə başlayanda "Mənə dua edəcəksən" deyib. Amma onun "müalicəsi" nəticəsində T.Aykut şikəst qalıb.

"Ayaqlarımla getdim, sürünərək gəldim" deyən T.Aykut saxtakar "şəfa verən"in gördüyü "müalicə ilə bağlı bunları danışıb:

"Budlarım ağrıyır. Diz qapaqlarımdan aşağısı tutmur. Orada inildəyirəm, qışqırıram ki etmə! Hələ üstəlik məndə pul da aldı. 30 tl qarşılığında bu işi gördü. Dedim anlamırsansa, bu işi görmə, məni şikəst edərsən. "2 gün sonra gələcək və mənə dua edəcəksən" dedi. Alətlərlə vura-vura damarlarda zədələnmə və içəridə qan laxtalanması yaranmasına səbəb olub. Qismən bir iflic keçirmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.