Dünya

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

21 Sentyabr 2018 08:40
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb. Ədliyyə Nazirliyinin İmmiqrasiya Bürosunun yaydığı məlumata görə, ölkədə yaşayan əcnəbilərin sayı 2 milyon 637 min 251 nəfərdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkə əhalisinin təqribən 2 faizinə bərabərdir. Bu, həmin statistikanın aparılmağa başladığı 1959-cu ildən bəri ən böyük rəqəmdir. Ötən il dekabrın sonlarında aparılan son tədqiqatın nəticələri ilə müqayisədə bu, 75 min 403 nəfər çoxdur.

Yaponiyada yaşayan əcnəbilər arasında sayca ən çox çinlilərdir ki, onların sayının 741 min 656 nəfər olduğu bildirilir. Onlardan sonra sayı 452 min 701 nəfər olan cənubi koreyalılar və 291 min 494 nəfər olan vyetnamlılar gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.