Dünya

Papadan çağırış: "Valideynlərinizə hörmət edin"

20 Sentyabr 2018 15:09
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası I Fransisk katolik gəncləri valideynlərə hörmət etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Papa Vatikanda ənənəvi çıxışı zamanı bu çağırışı edib.

O, gəncləri həm öz, həm də başqalarının valideynlərinə hörmət etməyin vacib olduğunu deyib:

"Əgər sən valideynlərindən uzaqlaşmısansa, onların yanına qayıtmağa cəhd et: Ola bilər ki, onlar qocalıb. Unutma ki, onlar sənə həyatı bəxş edib!"

Roma Papası valideynlərin yanında təhqiredici ifadələr, xoşagəlməz sözlər işlətməməyi də tapşırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.