Dünya

Tələbəsi ilə sevgili olan müəllim arvadını və 16 yaşlı qızını öldürdü - TƏFƏRRÜAT - FOTO

20 Sentyabr 2018 13:00
6 Şərh     Baxış: 2 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honq Konqda arvadını və 16 yaşlı qızını yoqa topuna doldurduğu karbonmonoksit qazıyla zəhərləyərək öldürməkdə təqsirləndirilən anestezioloqa hökm oxunub.

Milli.Az BBC News-a istinadən xəbər verir ki, malaziyalı həkim 
ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kimin arvadı Wong Siew-fing və qızı Lilynin cəsədləri 2015-ci ildə yol kənarında qapıları kilidli, "Mini Cooper" markalı avtomobildə tapılmışdı. Boşalmış halda tapılan yoqa topunun avtomobilin baqajında gizlədildiyi məlum olmuşdi. 53 yaşlı Khaw Kim-sunun bu topu arvadının maşınına yerləşdirdiyi bildirilirdi.

Prokurorluq "Honq-Konq Çin" Universitetində çalışan Kimin bir tələbəsi ilə sevgili olduğunu və arvadını "aradan çıxartmaq" üçün belə bir plan qurduğunu müəyyənləşdirmişdi.

Məhkəmə materiallarına görə, Khaw cinayətdən öncə iş yoldaşlarına qazı dovşanlar üzərində sınaqdan keçirmək istədiyini deyib. Təqsirləndirilən şəxs sonra polisə bu qazı evdəki siçanları öldürmək üçün istifadə edəcəyini deyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.