Dünya

"Bağışlayın, ölkəm bir az nimdaşdır" - Kimdən şok etiraf - FOTO

20 Sentyabr 2018 13:34
3 Şərh     Baxış: 3 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya Xalq-Demokratik Respublikasında Şimali və Cənubi Koreyaların liderlərinin sammiti davam edir.

Sentyabrın 18-də başlanmış sammit bu gün başa çatacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Cənubun dövlət başçısı son 11 ildə ilk dəfə Şimala ayaq basıb.

Şimali Koreyanın lideri Kim Çen In həddən ziyadə qonaqpərvərlik nümayiş etdirib, Cənubi Koreyanın prezidenti Mun Çje İn isə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıqda maraqlı olduğunu dəfələrlə vurğulayıb.

Sammit qəribə, qeyri-adi açıqlama ilə başlayıb. Qərb mediasının "diktator" kimi tanıtdığı Kim Çen In cənublu həmkarına xitab edərək deyib: "Cənab prezident indiyədək dünyanın bir çox ölkələrində olub. Təbii, inkişaf etmiş dövlətlərlə müqasiyədə biz geri qalırıq. Bağışlayın, ölkəm bir qədər nimdaşdır. Bu günü səbirsizliklə gözlədik, var qüvvəmizlə hazırlaşdıq. Ola bilər ki, cənab prezident üçün ayrılmış iqamətgah yüksək standartlı deyil. Amma ümid edirəm ki, qonaqpərvərlimiyizdən narazı qalmazsınız".

Sammitin gündəliyində Şimali Koreyanın nüvə proqramının dayandırılması və iki ölkə arasındakı münaqişəyə son qoyulması, habelə Pxenyanla Vaşinqton arasındakı danışıqlara Seulun dəstəyi kimi məsələlər var.

Danışıqlarda Şimali və Cənubi Koreyaların 2032-ci ilin Yay Olimpiya Oyunlarına birgə ev sahibliyi etməsi təklifi ilə çıxış etmələri də qərara alınıb.

Eyni zamanda, Kim Çen Inın cənuba, Seula rəsmi səfəri barədə də razılaşma əldə olunub.

İki dövlət başçısı bu gün Koreya yarımadasının ən hündür nöqtəsi olan Pektusan dağına yollanıb orada bütün koreyalılar üçün müqəddəs olan Səma Gölünə tamaşa ediblər.

Pektusan dağı Şimali Koreyanın paytaxtı Pxenyandan 600 km şimalda, Çin ilə sərhəddədir.

Şimali Koreya bütün nüvə obyektləri sökməyə hazırdır. Bir şərtlə ki, ABŞ Pxenyana tam təhlükəsizlik təminatı versin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.