Dünya

"Münasibətlərimiz çox yaxşıdır" - Donald Tramp Şimali Koreya haqda

19 Sentyabr 2018 20:32
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib". 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.

"Üç gün əvvəl Kim Çen Indan gözəl bir məktub almışam. Şimali Koreyaya dair möhtəşəm irəliləyişə can atırıq. Mən prezident olana qədər bütün gedişat Şimali Koreya ilə müharibəyə doğru idi, indi isə belə bir nailiyyət... Münasibətlərimiz çox yaxşıdır", - o vurğulayıb. 

D.Tramp deyib ki, Şimali Koreya artıq nüvə və raket sınaqları keçirmir: "ABŞ vətəndaşlarını və 1950-ci illərdəki müharibə zamanı ölən amerikalı hərbçilərin cənazələrini ölkələrinə qaytarıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.