Dünya

Ukraynanın yeni “Ölüm silahı”: Göydən “Oskol” yağacaq – VİDEO

19 Sentyabr 2018 19:40
0 Şərh     Baxış: 2 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hərbi-sənaye kompleksinin məhsulu olan yeni raketlər təqdim olunub.

Milli.Az yenicag-a istinadən xəbər verir ki, Ukrayna hərbçiləri yerli istehsal olan "Oskol" RS-80 idarəolunmaz reaktiv raketləri uğurla sınaqdan keçiriblər.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko özünün "Facebook" səhifəsində məlumat verib. Prezident yayımladığı videomateriala bu qeydləri də əlavə edib:

"Səsdən sürətli olan bu raketlər təyyarələrə, helikopterlərə, o cümlədən yerüstü qurğulara yerləşdirilərək, düşmənin hərbi texnikasını və möhkəmləndirilmiş mövqelərini məhv etməyə qadirdir".

Poroşenkonun sözlərinə görə, "Oskol" raketləri müxtəlif hava şəraitində S-24M bombardmançı təyyarələri vasitəsilə uğurla test edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.