Dünya

Yaponiya hökuməti özünümüdafiə qüvvələrinin Sinay yarımadasına göndərilməsi məsələsini araşdırır

19 Sentyabr 2018 22:59
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti özünümüdafiə qüvvələrinin yüksək vəzifəli bir neçə nümayəndəsinin Misirin şərqində, Misir ilə İsrail arasında atəşkəs rejiminin gözlənilməsinə nəzarət edən çoxmillətli qüvvələrin mənzil-qərargahına göndərilməsi məsələsini araşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, parlament tərəfindən üç il əvvəl təsdiq edilmiş Yaponiya təhlükəsizlik qanunvericiliyi çərçivəsində yapon özünümüdafiə qüvvələrinin sülhün və sabitliyin əldə edilməsi məqsədilə əməkdaşlıq üzrə ilk beynəlxalq missiyası olacaq.

Çoxmillətli qüvvələr və müşahidəçilər Sinay yarımadasında İsrail ilə sərhəddə sülhməramlı əməliyyatlar aparırlar. Bu əməliyyatlarda ABŞ və İtaliya iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.