Dünya

430 erməni və azərbaycanlı bir mənzildə...

19 Sentyabr 2018 11:32
0 Şərh     Baxış: 3 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tümen şəhərinin sakini olan qadının mənzilinə qanunsuz olaraq 430 nəfəri müvəqqəti qeydiyyata aldırdığı bəlli olub.

Milli.Az Eanews-a istinadən bidirir ki, Metelovo qəsəbəsində sahəsi 69 kvadrat metr olan üçotaqlı mənzilin sahibəsi N.Sokolova Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan 430 miqranta "sığınacaq" verib.

Həmin mənzildə Sokolova ilə bahəm, onun valideynləri, bacısı, bacısının əri və bacısının 3 övladı yaşayır.

Miqrantlar isə, sadəcə, Federal Miqrasiya Xidmətinə qeydiyyata düşmək üçün 5 min rublun müqabilində bu mənzildə "sakin" olublar.

N.Sokolova 150 min rubl məbləğində cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.