Dünya

"Harri Truman" Aralıq dənizinə girib

19 Sentyabr 2018 07:56
0 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ HDQ-nin "Harri Truman" təyyarə daşıyan gəmisinin rəhbərliyi altında hücum qrupu Aralıq dənizində əməliyyatlara başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat NATO üzrə müttəfiqlərin, Avropa və Afrika tərəfdaş ölkələrin, koalisiya tərəfdaşlarının və ABŞ-ın Avropada və Afrikada milli təhlükəsizlik maraqlarının dəstəyini davam etdirmək üçün keçirilir.

6-cı donanmanın komandanı Layza Françettinin sözlərinə görə, qrupun Aralıq dənizində olduğu müddətdə dəniz əməliyyatlarının bütün spektrlərini işləmək planlaşdırılır.

Bildirilir ki, "Harri Truman" təyyarə daşıyan gəmisindən əlavə qrupa "Normandiya" raket kreyseri və bir neçə esmines daxildir.

Qeyd edək ki, hazırda Aralıq dənizində NATO ölkələrinin bir neçə döyüş gəmisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.