Dünya

Rusiya, Türkiyə və İran İdlib üzrə danışıqları davam etdirəcəklər

19 Sentyabr 2018 08:59
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

V.Nebenzya deyib: "Rusiya İdlib ətrafında vəziyyətin danışıqlar yolu ilə nizamlanması, mülki əhaliyə zərər dəyməməsi üçün digər Astana prosesinin qarant-ölkələri ilə birlikdə böyük səylər göstərib və göstərməyə davam edəcək ".

Daimi nümayəndə əlavə edib ki, optimal həllin tapılması üzrə işlər davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 17-si Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 oktyabr üçün İdlib əyalətində demilitarizasiya zonası yaratmaq barədə razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.