Dünya

Azərbaycanlılar Ukraynada qadın "satdılar", tutuldular

18 Sentyabr 2018 23:23
1 Şərh     Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada turistlər üçün intim xidmətlər təşkil edən Azərbaycan və Türkiyə vətəndaşları mühakimə edilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ölkənin bəzi otelləri yüngül əxlaqlı qadınlarla əylənmək istəyən turistlərin məkanı olub.

Azərbaycan və Türkiyə vətəndaşları bu otellərdə turistlərə intim xidmətlər təklif edib. Onlar dil bilmələrindən istifadə edərək, Xarkov şəhərinə "bazar günü turu"na gələn Türkiyə vətəndaşları üçün seks məclisləri təşkil edərək, maliyyə çətinliyi olan qadınları turistlərlə görüşdürürmüşlər.

Turistlərdən görüşlərin təşkil edilməsi üçün 1,5 min qriven (90 AZN) alınırmış. Bu zaman həmin pulun 500 qrivenini (30 AZN) təşkilatçılar özlərinə götürürmüşlər.

Ukrayna məhkəməsinin qərarı ilə onların hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.