Dünya

Qaraçıya işgəncə verənlər həbs ediləcəklər

24 Sentyabr 2018 07:48
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiya Təhlükəsizlik Qüvvələrinin Baş İnspeksiyası (GİBS) 32 yaşlı qaraçıya qarşı zorakılıq hərəkətləri barədə işi təhdid edir. İnspeksiyanın rəhbəri Radim Draqoun "Çex televiziyası"na müsahibədə bildirib ki, Çeske Budeyovitse şəhərindən olan iki polis işçisi bir qaraçını saxlayaraq əl-ayağı bağlayıb ona işgəncə verməkdə şübhəli bilinir. Onlar qaraçını hədələyəndən və ona fiziki təzyiq göstərəndən sonra o, əslində törətmədiyi cinayəti boynuna alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçən həftə hər iki polis əməkdaşına saxlanılmış şəxslə qeyri-insani rəftar etməkdə və ona işgəncə verməkdə ittiham təqdim olunub. Şübhəli şəxslər istintaq müddətində inzibati cəza kimi məcburi işə cəlb edilib. Bu şəxslərin təqsiri sübut edilərsə, onları iki ildən səkkiz ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.