Dünya

Tanınmış iş adamının oğlu fahişəni döyüb öldürdü - FOTO

18 Sentyabr 2018 13:19
2 Şərh     Baxış: 5 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış iş adamının oğlu ilə bağlı cinayət işi açılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyada nüfuzlu iş adamının 32 yaşlı oğlu Andrey Demenkov əxlaqsız qadını döyüb, öldürməkdə günahlandırılır.

"Mavi Saqqal" ləqəbi ilə tanınan Andrey 21 yaşlı fahişə Olqa Kudrovanı küt alətlə döyərək öldürüb. O, daha sonra Olqanı hamamdakı vannaya salıb.

Polisin verdiyi məlumata görə, porno filmlərə də çəkilən 1 uşaq anası olan Olqa "Qazprom"un keçmiş məsul işçisi olan Demenkovla görüşməzdən əvvəl rəfiqələrinə "sevdiyim kişi ilə görüşə gedirəm" deyib.

İddialara görə Demenkov iyul ayında başqa 4 qadını da qaçıraraq döyüb. Onlardan bəzilərinin barmaqlarını qırıb.

Demenkovun atası Valeri Demenkov əvvəllər polis işləyib. Hazırda biznesmen kimi fəaliyyət göstərən Valeri oğlundan xəbər almadığına görə onun evinə getdikdə hamamda suyun içində huşsuz vəziyyətdə uzanan Olqanı görüb. O, təcili tibbi yardım çağırsa da, həkimlər Olqanın həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Olqa bir neçə ay əvvəl ana olmuşdu.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.