Dünya

Sergey Şoyqu: İdlibdə hərbi əməliyyatlar aparılmayacaq

18 Sentyabr 2018 08:28
0 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq, Suriya hökuməti onu dayandırmağa hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şoyqu bunu jurnalistlərə açıqlamasında Soçidə Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqların yekunu üzrə İdlibdə vəziyyətin sabitləşdirilməsinə dair qəbul edilmiş Memoranduma istinadən deyib.

Bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.