Dünya

Ərdoğan Qətər əmirinin 500 milyonluq hədiyyəsindən danışdı

17 Sentyabr 2018 18:08
1 Şərh     Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətər əmiri Türkiyəyə 500 milyonluq təyyarə hədiyyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qətər əmiri Tamim ibn Xamad Adil Tani Türkiyəyə 500 milyon dollarlıq, dəbdəbəli Boeing 747-8 hədiyyə edib.

R.T.Ərdoğan jurnalistlərə açıqlamasında yayılan xəbəri təsdiqləyib. O, Azərbaycandan qayıdarkən təyyarəsində deyib:

"Həmin təyyarə bir müddət idi ki, satışa çıxarılmışdı. Bizim təyyarə ilə maraqlandığımızı öyrənən Qətər əmiri, onu şəxsən mənə deyil, Türkiyəyə hədiyyə edib. Hazırda təyyarənin üzərində rəngləmə işləri gedir. İşlər tamamlanandan sonra o, uçuşa buraxılacaq".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatında sözügedən təyyarənin R.T.Ərdoğanın özünə hədiyyə olunduğu deyilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.