Dünya

Ukrayna mediası erməni vəhşiliyindən yazdı

16 Sentyabr 2018 20:41
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə məlumatlar yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, rbc.ua, 112.ua saytlarında yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində mülki əhalini atəşə tutduğu bildirilir.

Məlumatlarda deyilir:

"Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.