Dünya

"Koçaryan və Sarqsyan siyasi meyitdir" - Paşinyan

16 Sentyabr 2018 10:21
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir.

Milli.Az report-a istinadən bildirir ki, bunu o, Nor-Nork rayonunda seçiciləri ilə görüşündə deyib.

"Ermənistanda Robert Koçaryan adında siyasi amil yoxdur. Həm Serj Sarqsyan, həm də Robert Koçaryan və onların ətrafı siyasi meyitdirlər. Lakin bu, siyasi meyitlərin qanun qarşısında məsuliyyət daşımamaları anlamına gəlmir. Və bu, özlüyündə hər şeyi deyir", - o əlavə edib.

Ermənistan hökumətinin rəhbəri Koçaryanın bu yaxınlarda onun barəsində dediyi "Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq" sözlərini şərh edib.

"Cənab Koçaryan bununla siyasi prosesləri qavramaq səviyyəsini nümayiş etdirir. Bu, onlar üçün küçə davası deyil ki, döyülən tərəf gedərkən, "sən peşman olacaqsan!" desin", - deyə Paşinyan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.