Dünya

Dünyanın ən zərərli mətbəxləri - REYTİNQ

15 Sentyabr 2018 23:21
9 Şərh     Baxış: 7 217

Ekspertlər insan səhhətinə daha çox ziyanlı olan dünya mətbəxlərinin siyahısını tərtib ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ən yüksək kalorili yeməklər Çexiyaya məxsusdur. Burada milli mətbəxin mayalı xəmirdən hazırlanmış yeməkləri pivə ilə qəbul edilir. Elə bu səbəbdən də ölkədə çox sayda insan piylənmədən əziyyət çəkir.

İkinci yerdə ABŞ-ın milli mətbəxidir. Ölkədə burgerlər, pitsalar, həmçinin Çin mətbəxinin müxtəlif yeməkləri üstünlük təşkil edir.

Üçüncü - Almaniyadır: donuz əti, sosiskalar və kolbasalar, şnitsel və əlbəttə ki, pivə.

Sonrakı yerlərdə Belçika, Macarıstan və Argentina qərarlaşıb.

Siyahıda ərəb ölkələri də yer alıblar, əsasən lülə kabab və müxtəlif növ şirniyyatlara görə.

Keçmiş Sovetlər birliyindən Belarus, Türkmənistan, Qırğızıstan və Qazaxıstan da sözügedən sıralamada xatırlanıb.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Mamlyuk · 16 Sentyabr 2018 00:04132

    Niyə həmişə yalan yazmağa çalışırsınız? Ən ziyanlı mətbəxlərdən biri bizim mətbəxdir. Bütün yeməklər yağlı və qızardılmış formada.

    Cavab yaz
    • Anonim
      fhbdc · 16 Sentyabr 2018 09:0750

      beli

      Cavab yaz
      • Anonim
        cdbhf · 18 Sentyabr 2018 16:3021

        xeyr!

        Cavab yaz
  • Anonim
    yerli · 16 Sentyabr 2018 09:23140

    qerb analitiklerinin bizim TOY menyularimizdan xeberi yoxdur. olsaydi birinci yerde biz olardiq. TEKI HEMISE TOY OLSUN. toy ede ede bir birimize toy tutiuruq.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 16 Sentyabr 2018 10:15123

    AZƏRBAYCAN KULİNARİYASI YEKDİR! Butun xörəklərimiz şirniyyatlarımız dadlıdır! Özumuz özumuzu pisləməyək!

    Cavab yaz
  • Anonim
    Sirr · 16 Sentyabr 2018 13:12192

    En gözel metbex Azerbaycan metbexdir. Burda yemekler mövsümlere göre ayrılır ve her temeyin bişirilmesi ücün öz yağ növü var. Qedim Azerbaycan metbexinde merci şorbası hec vaxt yayda teqdim edilmiyib. Baxmayaraq kindi ister evlerde ister de restoranlarda istenilen vaxt yemek olar. İkincisi de indi toy menyularında olan yemeklerin coxu Azərbaycan metbexine aid deyil. Ve Azerbaycan metbexinde yemekler ve onunla süferye verilen xuruşlar ve şorabalar ve ya ickiler yemeyin ziyanlı tesirini aradan qaldırmaq ücündü. İndiki kimi yeyib oturmaq esrinde bütün yemekler ziyanlı sayılır..Metbexden ve kulinariyadan başı cıxmayan şerhcilere adamın gülmeyi tutur. P.S dolmanı yaxşı bişirmek metbex haqqında fikir yürütmek ve pislemek haqqını vermir.

    Cavab yaz
    • Anonim
      cdbhf · 18 Sentyabr 2018 16:3240

      is orasindadir ki, bizim metbexini pisleyen,hec bizim milletden deyil.

      Cavab yaz
  • Anonim
    Vusal · 16 Sentyabr 2018 13:5860

    Yeməklərimiz əladı amma coxu duzluq və istiot təşkil etdiyi ücün,hamıda mədə bagırsaq sistemi sıradan tez cıxır.

    Cavab yaz
  • Anonim
    Sirr · 16 Sentyabr 2018 16:3372

    Bu bir nefer dislayk eden kimdirse sağ olsun. Şerhimde dislayk görmüyende ele bilirem hec yazmamışam)))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.