Dünya

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

15 Sentyabr 2018 17:09
0 Şərh     Baxış: 386

ABŞ bir sıra ölkələrin Şimali Koreyaya qarşı sanksiyalara əməl etməməsini əsas gətirərək BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin sözlərinə görə, eskpertlər Şimali Koreyaya neft tədarükünə dair hesabat hazırlamalıdırlar. 

O qeyd edib ki, tədarükün bir qismi Rusiya gəmiləri vasitəsi ilə həyata keçirilir. 

ABŞ dövlət katibi Mayk Pompeo isə Rusiyanı BMT Təhlükəsizlik Şurasının Şimali Koreya üzrə komitəsinə təsir göstərmək cəhdində ittiham edib. 

Qeyd edək ki, ABŞ sanksiyalardan yan keçməklə, Şimali Koreyaya neft məhsullarını daşıyan gəmilərin hərəkətini izləyəcək mərkəz yaratmaq qərarına gəlib. 

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.