Dünya

Atatürk Hava Limanının köçürülməsinə start verildi

15 Sentyabr 2018 15:19
0 Şərh     Baxış: 1 262

İstanbulda inşa olunan yeni hava limanının istifadəyə verilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq Atatürk Hava Limanının texnika və avadanlığının "İstanbul New Airport"a köçürülməsinə başlanılıb. Sentyabrın 14-də yola çıxan 20 ağır tonnajlı maşın mənzil başına çatıb.

Qeyd edək ki, "İstanbul New Airport"unun oktyabrın 29-da - Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

İstanbul valisi Vasip Şahin bildirib ki, Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunacaq.

"Türk Hava Yolları"nın (THY) baş direktoru Bilal Ekşi isə az əvvəl verdiyi açıqlamasında deyib ki, "İstanbul New Airport"undan ilk uçuş Azərbaycana həyata keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.