Dünya

Yeni savaş anonsu: Bu ölkəyə hərbi müdaxilə edəcəyik

15 Sentyabr 2018 16:44
0 Şərh     Baxış: 2 031

Amerika Dövlətləri Təşkilatının Baş katibi Luis Almaqro Venesuelaya hərbi müdaxiləni istisna etməyib, axar.az xəbər verir.

Milli.Az bildirir ki, Almaqro bu sözlərini Kolumbiyanın Venesuela ilə sərhəddə yerləşən Kukuta şəhərində çıxışı zamanı deyib.

"Maduronun devrilməsi üçün hərbi müdaxiləyə gəlincə isə biz heç bir variantı istisna etməməliyik. Bu gün Kukutadakı vəziyyət Venesuela diktaturasının yalançılığını açıq formada nümayiş etdirir", - deyə o bildirib.

Qeyd edək ki, Venesuelada yaranmış iqtisadi böhranla əlaqədar ölkədən miqrasiya artıb. Əhali daha çox Kolumbiyaya qaçır.

Venesueladan olan miqrantlar Kukuta şəhərində yerləşiblər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.