Dünya

Qırğızıstan Qazaxıstana nota verdi

14 Sentyabr 2018 17:56
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstan tərəfinə Almatı aeroportunda Qırğızıstan vətəndaşlarının "alçaldıcı şəkildə yoxlanılması" ilə əlaqədar nota verib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Qırğızıstanın xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Qırğızıstan vətəndaşlarının şikayətləri və baş verən hadisələrlə əlaqədar əldə olunan faktlar əsasında Qazaxıstanın Bişkekdəki səfiri Kərim Kokrekbayev Qırğızıstan XİN-ə çağırılıb.

Qazaxıstan səlahiyyətli orqanlarının hərəkətləri ilə əlaqədar səfirə etiraz notası təqdim olunub.

XİN-dən bildirilib ki, nazirlik vəziyyəti nəzarətdə saxlayır və bu məsələ ilə bağlı Qazaxıstan tərəfi ilə işini davam etdirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.