Dünya

Bin Ladeni öldürən şəxs: "Bombalarla yox, təhsillə qalib gələ bilərik"

14 Sentyabr 2018 20:40
8 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2011-ci ilin may ayında Əl Qaidə lideri Usama Bin Ladeni öldürən ABŞ əsgəri Robert Oneill əməliyyat barədə danışıb.

Milli.Az qaynarinfo.az-a istinadən bildirir ki, 42 yaşlı təqaüdə çıxmış hərbçi olan Robert hadisə zamanı Bin Ladenin yanında 2 yaşlı oğlu olduğunu deyib və maraqlı açıqlama ilə diqqəti çəkib:

"Mən də atayam və körpənin hadisə ilə heç bir əlaqəsi yoxdur, heç kimin belə bir şey yaşamamasını diləyirəm. Dini radikalizmlə müharibəyə mərmi və bombalarla yox, təhsillə qalib gələ bilərik. Etdiyim şeyin həyatımda ən yaxşı, yoxsa ən pis əməl olduğuna əmin deyiləm".

Robert Oneill həmçinin bildirib ki, əməliyyatda iştirak edən digər şəxslər arasında təqaüdə çıxandan sonra yazıçı olanlar da var.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.