Dünya

Hindistan İran neftindən imtina edir

14 Sentyabr 2018 20:12
0 Şərh     Baxış: 465

Hindistanın neft emalı zavodları yaxın iki ay ərzində İrandan aldıqları xam neftin həcmini iki dəfə azaldacaq ki, ABŞ-ın İran neftinin ixracı ilə bağlı sanksiyalarından azad olsun. 

Milli.Az bildirir ki, oxu.az bununla bağlı "Reuters" agentliyinə istinadla xəbər verir. 

Məlumatlara görə, sentyabr ayı ərzində Hindistana idxal ediləcək neftin həcmi 12 milyon barelə kimi azaldılacaq. 

Xatırladaq ki, Vaşinqton noyabrda yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 

Hindistan Neft Nazirliyi iyunda bəyan edib ki, Hindistanın neft emalı zavodları noyabrdan başlayaraq İrandan idxal olunan nefti azaltmağa hazırlaşırlar. 

Qeyd edək ki, Hindistan İran neftinin ixracına görə Çindən sonra ikinci yerdədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.