Dünya

KXDR Cənubi Koreyanı Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırır

14 Sentyabr 2018 23:22
0 Şərh     Baxış: 420

KXDR Cənubi Koreyanı hər iki dövlət başçısının 2018-ci ilin aprelində qəbul etdiyi Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məqalə sentyabrın 14-də "Nodon sinmun" qəzetində dərc olunub.

"Pxenyan və Seul qarşılıqlı münasibətlərin normalaşması üçün vəziyyətə və şəraitə baxmadan ardıcıl səy göstərməli və səmimi olaraq Panmuncom deklarasiyasının müddəalarını icra etməlidir", - məqalədə belə deyilir. Nəşr xüsusilə "koreyalararası münasibətlərdə kənar müdaxilələrdən yayınmağın" vacibliyini vurğulayır.

Qəzetdə qeyd olunur ki, hər iki tərəf "tarix qarşısında öz məsuliyyətini dərk etməli, həmçinin Şimal və Cənub münasibətlərində irəliləyişə nail olmaqla Koreya xalqının arzularını yerinə yetirməlidir".

Xatırladaq ki, aprelin 27-də sərhədyanı Panmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutmuşdu. Tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq barədə deklarasiya imzalamışdı. Cənubi Koreya prezidenti zaman keçdikcə yarımadanı ayıran demilitarizasiya zonasının sülh xəttinə çevriləcəyinə, koreyalararası əlaqələrin aktivləşəcəyinə əminliyini ifadə etmişdi.

Hazırda liderlərin üçüncü sammitinə hazırlıq görülür. Bu sammit yaxın vaxtlarda KXDR-in paytaxtı Pxenyanda keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.