Dünya

Türkiyə: tufan, sel və dolu ciddi fəsadlar yaradıb

14 Sentyabr 2018 23:45
0 Şərh     Baxış: 1 034

Sentyabrın 13-də axşam saatlarından başlayaraq Türkiyənin müxtəlif bölgələrində hava şəraitinin pisləşməsi ciddi problemlərə səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tufan, sel və dolu əhaliyə, o cümlədən şəhər təsərrüfatlarının idarə olunmasına çətinliklər yaradıb. Balıkəsrin Bandırma rayonunda güclü sel nəticəsində su içində qalan 25 nəfər xilasedici dəstələrin köməyi ilə xilas edilib. Sel və dolu Çanaqqala və Sakaryaya da böyük zərər vurub. Güclü külək evlərin dam örtüyünü maşınların üstünə çevirib. İstanbulda tunellər və avtomobil yolları, o cümlədən bəzi yerlərdə minik avtomobilləri su altında qalıb. Qara buludlar saatlarla şəhəri zülmətə bürüyüb. Sel İstanbul boğazında suyun rəngini dəyişib. Kastomonu şəhərində dolu evlərin və maşınların şüşələrini sındırıb.

Metroloqlar qeyri-sabit hava şəraitinin sentyabrın 16-dək davam edəcəyi barədə əhalini xəbərdar ediblər. Qarşıdakı həftənin ilk günlərindən başlayaraq isə yenidən istilərin olacağı proqnozlaşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.