Dünya

Azərbaycanlı dilənçinin üstündən çıxan pullar HAMINI ŞOKA SALDI

14 Sentyabr 2018 20:44
3 Şərh     Baxış: 3 520

İstanbulun Pendik qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşı olan dilənçinin üzərində aşkarlanan pullar hər kəsi təəccübləndirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, İstanbulun Asiya hissəsindəki "Sabiha Gökçen" hava limanında fəaliyyət göstərən dilənçinin üzərindən bir çox valyutadəyişmə məntəqələrində də tapılmayan əskinaslar olub. Belə ki, dilənçinin ciblərindən və paltarının digər hissələrindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı xeyli İran rialı, Səudiyyə Ərəbistanı reyalı, Küveyt dinarı, Qatar riyalı, BƏƏ dirhəmi, Oman, Livan, Liviya, İsveç pulları, hətta Nepal valyutası götürülüb.

Bundan başqa, həmyerlimizin üzərindəki pullar arasında Sanskrit əlifbası ilə yazılmış Hindistan rupisi, Rusiya rublu da olub. Maraqlıdır ki, polislər bəzi valyutaların hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər və mütəxəssislərə müraciət edilib.

Bildirilir ki, azərbaycanlı dilənçinin üzərindəki bütün pullar ümumilikdə 12 min türk lirəsi edib və müsadirə edilən vəsait ictimai təşkilatların büdcəsinə köçürülüb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    aztr · 14 Sentyabr 21:2740

    faxrımıssen qardas xelal olsun bizi xarcıde cox yasxı temsıl edırsen

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 14 Sentyabr 21:3440

    nağıla oxşadı, yəqin bunlarında polisləri bizim polislər kimi sehirbazdılar.

    Cavab yaz
  • Anonim
    miris · 14 Sentyabr 22:3710

    Bunun butun muselman olkeleriyle muqavilesi olub yeqin. ...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.