Dünya

Rusiya bankı borca görə Ermənistanda mis yatağını müsadirə edir

14 Sentyabr 2018 16:35
2 Şərh     Baxış: 970

Rusiyanın VTB Bankı Ermənistanın "Texut" yatağını borcun qarşılığında götürmək niyyətindədir.

Milli.Az report-a istinadən bildirir ki, Rusiya bankının nümayəndə heyəti bu məqsədlə artıq Ermənistandadır.

Bildirilib ki, "Valleks" şirkətlər qrupuna daxil olan "Texut" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Valeri Mejlumyan yatağı girov qoyaraq bankdan kredit götürüb. Ötən müddət ərzində onun borcu 380 milyon dollara çatıb.

"Qraparak"ın məlumatına görə, bank artıq yatağı müsadirə etməyə başlayıb. Valeri Mejlumyanın da onlarla birlikdə Texuta getdiyi bildirilib.

"Texut" yatağı mis-molibden ehtiyatına görə, Ermənistanda Kacaran yatağından sonra ikinci yerdədir. Bu yataq Ermənistanın şimalında Lori vilayətində, Gürcüstanla sərhədə yaxın Texut kəndində yerləşir. Yatağın mis-molibden ehtiyatı 450 milyon dollar qiymətləndirilir. Orada 100 min tona yaxın molibden, 1,6 milyon ton mis ehtiyatının olduğu bildirilir. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tərlan · 14 Sentyabr 16:5900

    Deyilən mis yatağı Ermənistanındırmı, yoxsa işğal edilmiş Azərbaycan ərazisindədir?

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 14 Sentyabr 17:1900

    ermenistan adinda dovlet yoxdu.Rusiyanin nezninde ermenistan kimi muxtar vilayet var.Beli bu hele harasidi.Bir azdan ruslar ermenileri qul kimi alacaqlar.Insallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.