Dünya

Daha 2 rus casus saxlanıldı

14 Sentyabr 2018 15:54
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandda iki rus casusu saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "NRC Handelsblad" məlumat yayıb. Hadisə 2018-ci ilin əvvəlində baş versə də, media bu barədə yalnız sentyabrda xəbər tutub. Nəşrin mənbələrinin sözlərinə görə, rus agentlər Şpiç şəhərində yerləşən İsveçrə laboratoriyasına göndəriliblər.

Qeyd edilir ki, həmin laboratoriyada İngiltərədə zəhərlənən eks-rus agent Skripal və qızının işi araşdırılıb. 

Adları açıqlanmayan casusların Rusiyaya təhvil verildiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.