Dünya

Çavuşoğlu: "ABŞ seçim etməlidir - ya Türkiyə, ya da..."

14 Sentyabr 2018 12:33
0 Şərh     Baxış: 2 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ regionda öz müttəfiqlərini müəyyənləşdirməli, Türkiyə ilə PYD və YPG terrorçuları arasında seçim etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlar PYD və YPG-nin Türkiyənin təhlükəsizliyinə real təhdid daşıyan PKK-nın Suriya qanadı olan terror təşkilatları olduğunu anlamalıdır:

"PKK ABŞ-da olduğu kimi, Avropa İttifaqı ölkələrində də terror təşkilatı kimi tanınıb. Birləşmiş Ştatlar bunu nəzərə almalıdır".

Xatırladaq ki, bundan əvvəl sabiq Baş nazir Binəli Yıldırım Türkiyə və ABŞ-ın PYD və YPG bölmələrinin 90 gün ərzində Suriyanın Mənbic şəhərindən çıxmasını nəzərdə tutan saziş imzaladığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.